waplog

Bakıda İƏT üzvü dövlətlərinin “Beyin mərkəzləri”nin III Forumu işə başladı


Martın 2-3-də nəzərdə tutulmuş  Strateji Araşdırmalar Mərkəzi (SAM) və Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) birgə əməkdaşlığı çərçivəsində “İslam Əməkdaşlıq Təşkilatı Ölkələrində Dəyişiklik və Transformasiya” mövzusunda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin “Beyin mərkəzləri”nin üçüncü forumu "Gülüstan” sarayında işə başladı.

Forumda  Azərbaycan və Türkiyə ilə yanaşı, Böyük Britaniya, Rusiya, Tayland, Misir, Livan, Malayziya və digər ölkələrin strateji araşdırma mərkəzlərinin, İƏT üzvü ölkələrinin təmsilçiləri, media nümayəndələri iştirak edirlər.

Forumun rəsmi hissəsi Azərbaycan Xarici işlər naziri və bir çox nazirlərin iştirakı ilə Malayziya baş naziri Dr. Mahathir Mohammadin tərəfindən açılıb. Forumun ilk günü Müdrik İnsanlar Qrupunun Yığıncağı ilə yekunlaşıb.

 İkinci gün 3 paneldə “Sosial-iqtisadi və Siyasi Transformasiyanın Dinamikası”, “Milli və beynəlxalq siyasətdə gələcəyə baxışın inkişafı” və “İdarəetmədə və dövlət idarəçiliyində innovasiyalar” mövzuları ətrafında sessiya davam etdiriləcək.
 

GÜLNAR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL