waplog

RİTN-də dövlət qulluqçularının etik davranış qaydaları təkmilləşdirilib


Dövlət qulluğunda aparılan islahatlarla əlaqədar qanunvericilikdə edilmiş əlavə və dəyişikliklər daha əvvəl rabitə və informasiya texnologiyaları nazirinin əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) qulluq keçən dövlət qulluqçularının etik davranış Qaydaları”nın təkmilləşdirilməsinə zərurət yaradıb. Belə ki, bununla əlaqədar nazir Əli Abbasovun əmri ilə nazirlikdə qulluq keçən dövlət qulluqçularının etik davranış qaydalarına dəyişiklik edilib. Qeyd edək ki, bu qaydaların əsas məqsədi nazirlikdə çalışan dövlət qulluqçularının ictimaiyyət tərəfindən etimadın yüksəldilməsinə, dövlət qulluqçusunun fəaliyyətində səmərəliliyin artırılmasına, etik davranış qaydalarına əməl edilməsinə nail olmaqdır. Yeni hazırlanmış qaydaların tətbiqi və icrasına nəzarət etmək məqsədi ilə şöbə müdirlərinə zəruri tapşırıqlar verilib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL