waplog

Sumqayıt TKQ yeni layihənin icrasına başlayır


Sumqayıtda informasiya və kommunikasiya texnologiyalarının daha da inkişaf etdirilməsi istiqamətində geniş tədbirlər həyata keçirilir. “İCTnews” elektron xəbər xidmətinə açıqlama verən Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərov bildirdi ki, işlər nəzərdə tutulan tədbirlər planına uyğun olaraq yüksək səviyyədə icra olunur.

Onun sözlərinə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə şəhər şəbəkəsinin ən müasir NGN texnologiyası əsasında tamamilə yenidən qurulması sakinlərin yüksək keyfiyyətli telefon rabitəsi ilə yanaşı, bütün  multimedia xidmətlərindən istifadəsinə şərait yaradıb.

A.Əsgərovun sözlərinə görə, şəhər rabitəsinin müasir texnologiya ilə qurulması ilə yanaşı, stansiyalararası birləşdirici xətlərin optik kabellərlə əvəzlənməsi bütün strukturların ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsinə şərait yaradıb.

RİTN-in tapşırığı ilə telefonlaşmayan yeni salınan yaşayış məntəqələrinin telefonlaşdırılması istiqamətində yeni layihəyə başlanılıb. Hazırda St.Sumqayıt, 76-cı məhəllə, Boru yayma zavodu, Xəzri qəsəbəsi istiqamətində uyğun tədbirlər görülür. Hazırda həyata keçirilən ən böyük layihələrin nəticəsi olaraq Sumqayıtda hər 100 mənzilə düşən telefon aparatlarının sayı 87,8 ədəd, hər 100 nəfərə düşən telefon aparatlarının sayı 18,3 ədəd olub ki, bu da respublika üzrə göstərilən statistik göstəricidən 1,8 ədəd çoxdur. Bu gün şəhərdə genişzolaqlı internet istifadəçilərinin də sayı çoxalıb.

Belə ki, şəbəkənin yeni NGN texnologiyası əsasında qurulması nəticəsində abunəçilərin sayı 13473 ədədə çatıb. Hazırda qovşaq üzrə şəbəkədə ümumi montaj tutumu 62310 ədəd istifadəçilərin sayı isə 57388-ə çatıb ki, yuxarıda qeyd edilən layihələrin həyata keçirilməsi ilə yaxın vaxtlarda bu sahədə də böyük dəyişikliklər baş verəcək.

Heç təsadüfi deyil ki, Sumqayıtda müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi ilə böyük uğurlar əldə edən  telekommunikasiya qovşağının nailiyyətləri şəhər icra hakimiyyətində 2011-ci ilin yekunlarına həsr edilən geniş müşavirədə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən də yüksək qiymətləndirilib.

Eyni zamanda 2011-ci ilin yekunları 2012-ci ildə Sumqayıt şəhərində mülki müdafiə tədbirlərinin keçirilməsi ilə bağlı şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə qovşağın rəisi A.Əsgərova və qovşağın mülki müdafiə işçilərinə təşəkkür elan edilib.

RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL