waplog

Uşaqlar üçün planşet


“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, Fransanın mobil qurğuların hazırlanması ilə məşğul olan “Archos” şirkəti  “Child Pad” adlı uşaq planşet kompyuteri təqdim edib. Planşet mart ayının ortasında satışa çıxarılacaq və “Amazon” internet şirkətinin “Kindle Fire” qurğusundan daha ucuz olacaq. “Archos” şirkətinin “Child Pad” adlı planşet kompyuterinin qiyməti təxminən 130 dollar təşkil edir, halbuki “Kindle Fire” ondan 70 dollar bahadır.

Qurğu “Google” şirkətinin “Android 4.0” əməliyyat sistemi ilə işləyir. Təxminən 30 ədəd tərbiyələndirici əlavə quraşdırılıb və əlvan rənglərdə hazırlanmış interfeysə malikdir. Planşetdə reallaşdırılmış valideyn nəzarəti funksiyası vasitəsi ilə müxtəlif internet-resurslara çıxış imkanını qadağan etmək olar.
Planşet 7 düymlü ekrana, 1 QHs (qiqahers) takt tezlikli birnüvəli prosessora, 1 QB (qiqabayt) əməli yaddaşa malikdir.

“Archos” şirkətinin “Child Pad” adlı uşaq planşetinin daha bir xüsusiyyəti  onun korpusudur. Korpus iti bucağa malik deyil. Ona görə də uşağa zərər verə bilməz.

 
EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL