waplog

208 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb


2012-ci ilin 2 ayı ərzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) iş planına, idarəyə daxil olmuş göstəriş və müraciətlərə əsasən radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi (REVİNŞ) tərəfindən 99 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.

Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 208 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanıb. Onlardan 34 ədədi möhürlənib, 2 ədədi qeydiyyata salınıb, 172 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 6 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyatı rayon məhkəmələrinə müraciətlər edilib.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL