Kompyuter oyunları istehsalçılarının konfransı keçiriləcək
Mart ayının 7-dən 9-u tarixinə qədər San Fransisko şəhərində “Games Developer Conference and Exhibition- GDC 2012” sərgi konfransı keçiriləcək. “CMP Media LLC” şirkətinin təşkilatçılığı ilə “The Moscone Center”-də reallaşacaq.
“GDC 2012” dünyada ən böyük peşəkar sərgi və kompyuter oyunlarının istehsalçılarının konfransıdır. Hər il bura təxminən 18 000 proqramçı, rəssam, istehsalçı, dizayner, səs üzrə mütəxəssis və kompyuter oyunları ilə bağlı bir çox peşəkarlar gəlir.
Burada konfrans çərçivəsində 400-dən çox mühazirə, onlarla proqramlar və müzakirələri əhatə edən seminarlar, həmçinin “Oyunların 12 İllik Müstəqil Festivalı” keçəcək. İştirakçılar “Games Developer Conference and Exhibition- GDC 2012” sərgi konfransı kompyuter oyunlarının müasir inkişaf istiqamətləri barədə ətraflı məlumat almaq imkanı əldə edəcəklər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL