“e-Gömrük” layihəsi inkişaf etdirilir
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı üzrə gömrük nəzarəti zonasında quraşdırılan “e-Gömrük bəyannaməsi - elektron gömrük xidməti” informasiya köşkləri vasitəsilə vətəndaşlar gömrük rəsmiləşdirilməsi qaydaları, gömrük rüsum və tarif dərəcələri, mal nomenklaturası və digər zəruri məlumatlarla yanaşı, sərnişin bəyannaməsini doldurmaq yolu ilə gətirdikləri və apardıqları malları da elektron formada bəyan etmək imkanı əldə etmişlər. Bu barədə Baş İdarənin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyev DGK-nin rəsmi saytına məlumat verib.
Onun sözlərinə görə, sərnişinlər Azərbaycan Respublikasının gömrük sərhədindən keçirdikləri malları bəyan etmək üçün sözügedən elektron gömrük xidmətindən istifadə etməklə vaxtlarına qənaət etmiş olurlar: “Bunun üçün gömrük bəyannaməsini doldurmaq, çap etmək və sərhəddəki gömrük əməkdaşına təqdim etmək lazımdır”.
O bildirib ki, “e-Gömrük” layihəsinin bu komponenti DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsində pilot layihə olaraq həyata keçirilir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL