2011-ci ildə məlumatların saxlanılması sistemləri bazarı 23,5 milyard dollar təşkil edib
“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, 2011-ci ilin dördüncü rübündə məlumatların saxlanılması sistemlərinin bütün istehsalçıları 8,5 milyard dollar həcmində mədaxil əldə ediblər. Bu göstərici 2010-cu ilin analoji dövrü ilə müqayisədə 3,5% çoxdur.
Bütövlükdə 2011-ci il ərzində isə məlumatların saxlanılması sistemlərinin bütün istehsalçılarının mədaxili 23,5 milyard dollar təşkil edib və bu göstərici 2010-cu il ilə müqayisədə 10,6% çoxdur. Bu məlumatlar “IDC” analitik şirkətinin hesabatında qeyd olunub.
Şirkətlər 2011-ci ilin dördüncü rübündə bazara ümumilikdə 6,2 petabayt tutuma malik saxlama sistemi tədarük ediblər. Bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 22,4% çoxdur.
“IDC” analitik şirkəti qeyd edib ki, 2011-ci ilin dördüncü rübündə məlumatların saxlanılması sistemlərinin istehsalçıları və alıcıları payızda Taylandda baş vermiş daşqının neqativ təsirini elə də hiss etməyiblər.
Qeyd edim ki, 2011-ci ildə “EMC” və “Hewlett-Packard” şirkətləri müvafiq olaraq 21,5% və 18,5% göstərici ilə məlumatların saxlanılması sistemləri bazarında liderlik ediblər. Sonrakı yerlərdə “IBM” (15.4%) və “Dell” (11.4%) korporasiyaları yerləşiblər.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL