“İntel” şirkəti korporativ sifarişçilər üçün yeni həllər təqdim etdi
2012-ci ilin mart ayının 1-də "İntel" şirkəti Azərbaycandakı regional tərəfdaşı olan "Ultra" şirkəti ilə birgə əsas sifarişçilər üçün "İntel"in yeni həlləri üzrə ilk seminarını keçirtdi. Uzun zamandır ki, "İntel"i və "Ultra"nı sıx və etibarlı əlaqələr bağlayır. Bu il "Ultra İntel® Technology Provider Platinum 2012" statusunu təsdiq etdi. Seminarda bankların və telekommunikasiya sektorlarının, həmçinin dövlət idarələrinin İT şöbələrinin rəhbərləri iştirak etdilər.
Salamlama niqti ilə "İntel" korporasiyasının biznesin inkişafı üzrə direktoru Aida Darmenova və "Ultra" şirkətinin baş direktoru Zaur Məmmədzadə çıxış edib. O, "Ultra" şirkətinin fəaliyyət sahəsi və «Elektron hökumət» layihəsi çərçivəsindəki həlləri barədə danışdı.
« Elektron hökumət » kompleks xidmətlərinə artıq "Ultra" şirkəti tərəfindən həyata keçirilmiş elektron sənəd dövriyyəsi, elektron təhsil, elektron sığorta, elektron bankçılıq kimi layihələr daxildir. Şirkətin xidmətləri siyahısında fiziki və hüquqi şəxslərin identifikatoru olan «E-İmza» layihəsi də mövcuddur.
Tədbiri texniki platformaların tətbiqi və dizaynı üzrə "İntel" şirkətinin sistem arxitektoru Aleksandr Melnikov davam edib. O, olduqca mühüm biznes məlumatlarının təhlükəsizliyinin təminatı və idarə olunması prinsiplərini izah etdi və seminar iştirakçılarını "İntel® Xeon® E7, İntel® Xeon® 5600 və İntel® Xeon® E3" prosessorlar bazası üzrə qurulmuş xətti server məhsulları və texnologiyalarla tanış edib.
Seminar ərzində iş mühitinin virtuallaşdırılması və möhkəmləndirilməsi kimi müasir infrastrukturun qurulmasının vacib prinsipləri göstərilib.
Məlumatların emalı mərkəzinin inkişafının yeni pilləsi olan qlobal hesablamaya ayrıca diqqət yetirilib və İT xidmətlərin göstərilməsi üzrə İT xidmətlərinin işində dəyişiklik nəzərdə tutulur. Seminar iştirakçıları istifadə edilən alətlərin və konstruktiv komponentlərin imkanları, o cümlədən qlobal texnologiyaların tətbiqi üzrə qabaqcıl təcrübələrlə tanış oldular.
Seminarın ikinci hissəsi "İntel® Core™" ikinci nəsil prosessorları bazasında müştəri cihazları üçün həllərə və «ultrabuk» (Ultrabook™) mobil cihazlarının yeni kateqoriyasına həsr edildi. "Ultra" şirkətinin baş direktoru Zaur Məmmədzadə iştirakçılara milli kompyuter brendi olan "Nexus"un bu ilin aprel ayında planlaşdırılan ultrabuklarının gələcək modellərinin tezliklə elanı barədə danışıb.
Daha sonra "Ultra"şirkətinin infrastruktur şöbəsinin müdiri Ruslan Romanenko müasir texnologiyalardan istifadə etməklə Azərbaycanda Məlumat mərkəzlərinin yaradılması və layihə hazırlama nümunələrinin təqdimatı ilə çıxış edib.
Seminar ərzində Aleksandr Melnikov "İntel® vPro™" texnologiyaları mövzusuna toxundu və kompyuter parkının məsafəli idarə edilməsi və inzibatçılıq üzrə xərclərin azaldılması məqsədilə bu texnologiyanın korporativ infrastrukturda tətbiqi üzrə təcrübə ilə bölüşüb.
Seminar-təlimin gedişatı zamanı seminar iştirakçıları təqdim olunmuş texnologiyalar barədə çoxlu suallar veriblər. "İntel" və "Ultra" şirkətləri tərəfindən ən fəal şəxslərə xatirə suvenirləri təqdim edilib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL