“DRAM” yaddaş bazarı bahalaşa bilər
“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, Yaponiyanın “Elpida Memory” şirkətinin iflasa uğraması “DRAM” seqmentinin digər “oyunçu”larının xeyrinə olacaq. Belə ki, tədarüklərin azalması səbəbindən əməli yaddaş modulları bahalaşmağa başlayacaq, buna görə də bu məhsulu istehsal edən şirkətlərin mədaxili 2012-ci ilin ikinci yarısında artacaq. “IHS iSuppli” analitik şirkətinin mütəxəssisləri bu fikirdədirlər.
Artıq məlum olduğu kimi, Yaponiyanın sonuncu kompyuter yaddaşı istehsalçısı olan “Elpida” şirkəti 2012-ci il fevral ayının 27-də müflis olması haqqında bildirmiş və kreditorlardan müdafiə üçün məhkəməyə müraciət edib.
Mütəxəssislərin fikrinə görə, “Elpida” şirkətinin istehsal obyektlərinin 25%-dən çoxunun dayanması 2012-ci ilin ikinci yarısında “DRAM” yaddaşın orta satış qiymətinin 15,5% artmasına gətirib çıxara bilər.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL