waplog

Yerli bankın əməliyyat sistemləri avtomatlaşdırılacaq


Avqustun sonunadək "Texnikabank"ın baş ofisi tam olaraq İsveçrənin "Temenos" şirkətinin müasir “T24” proqram təminatına keçəcək. Bu barədə danışan bankın İdarə heyətinin sədri Samir Hüseynov bildirib ki, sınaq üçün bank Bakı üzrə 3 iri filialında "Temenos" şirkətinin “T24” proqramını tətbiq edib və hər ay bankın 4-5 filialında quraşdırmağı planlaşdırır. Onun sözlərinə görə, bundan başqa, "Texnikabank"ın yeni şöbə və filialları artıq "Temenos" şirkətinin proqram təminatı əsasında yaradılacaq. Yeni proqram təminatı bütün bank əməliyyatlarının avtomatlaşdırılmasını təmin edəcək, xidmətlərin göstərilməsinin və sövdələşmələrin bağlanılmasının sürətini xeyli artıracaq, eləcə də yeni bank məhsullarının və xidmətlərinin daha operativ və səmərəli tətbiqi üçün əsas yaradacaq.
Qeyd edək ki, “Temenos T24” sistemi bütün bank əməliyyat sistemlərini, həmçinin valyuta mübadiləsi, kredit, depozit, fond, valyuta bazarı, ticari maliyyə, qiymətli kağızlar, aktivlərin idarə olunması, kassa-hesablama əməliyyatlarını əhatə edən geniş modul yığımını özündə birləşdirir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL