8 MART - BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ
Hörmətli rabitəçi xanımlar!
Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti arzulayıram.
Azərbaycan xalqı həmişə ana müqəddəsliyi qarşısında baş əymiş, qadın adını uca tutmuşdur. Xalqımızın şərəfli tarixində Burla xatun, Sara xatun, Xurşid Banu, Nigar xanım, Həcər xanım kimi igid və müdrik qadınlar özünəməxsus yer tuturlar.
Ümummilli liderimiz Heydər Əliyev qadınlarımızın cəmiyyətdəki rolu haqqında danışarkən demişdir: «Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və səadəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır».
Ülvilik, zəriflik və gözəllik rəmzi olan Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Müasir dövrumüzdə qadınların ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında geniş fəaliyyəti, öz bilik və bacarıqları ilə cəmiyyətimizin ümumi inkişafında yaxından iştirakı Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq edir.
Möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, İKT sektorunda da mühüm nailiyyətlər əldə olunur və bu uğurların əldə olunmasında rabitəçi qadınların böyük əməyi var. Onlar öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir və cəmiyyətdə fəal mövqe tuturlar.
Əminəm ki, rabitəçi qadınlar ölkəmizdə rabitə və informasiya texnologiyalarının inkişafı naminə bundan sonra da bilik və bacarıqlarını əsirgəməyəcəklər. Bu şərəfli yolda sizə uğurlar arzulayıram.
Bayramınız mübarək!
Hörmətlə,
Rabitə və informasiya texnologiyaları naziri, akademik
Əli Abbasov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL