BTRİB Novruz Bayramı ilə əlaqədar güzəştli kampaniya keçirir
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən Novruz Bayramı ilə əlaqədar mart ayının 7-dən aprel ayının 1-nə kimi müəyyən xidmətlərin güzəştli tariflərlə göstərilmə kampaniyası həyata keçirilir. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə birlikdən məlumat verilib.
Kampaniya çərçivəsində texniki imkan olan bütün ərazilərdə əhaliyə 2-ci telefon 50% (40 manat) güzəştli tariflə, İAD avadanlığı (dəyərini tam ödəməklə) və ya SİP-lə virtual nömrələr təşkilatlar üçün 1 nömrə 20 manat tarifi ilə çəkiləcək, əhali və təşkilatlar üçün CDMA nömrələrinin pulsuz (tarif 10 manat) qoşulması təmin ediləcək.
Bundan əlavə, ayrılmış xətlə limitsiz internet xidmətlərindən istifadə etmək istəyən abunəçilərə ayrılmış xəttin birdəfəlik qoşulması (tarif 48 manat) pulsuz təmin ediləcək və ayrılmış xətlə internetə 1024 kbit/s sürətlə yeni qoşulan abunəçilərə limitsiz internet xidmətləri 1 ay müddətinə 15 manat, 2048 kbit/s sürətlə yeni qoşulanlara 1 ay müddətinə 20 manat, 3072 kbit/s sürətlə yeni qoşulan abunəçilərə isə internet xidmətləri 1 aylıq 25 manat tariflə göstəriləcək.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL