waplog

“Samsung” yeni smartfon təqdim edib


"İCTnews" elektron xəbər xidməti bildirir ki, "Samsung" şirkəti "Galaxy  Pocket" smartfonunu təqdim edib. Qurğu 320×240 piksel təsvir ölçülü 2,8 düymlü ekran ilə təchiz edilib və "Android 2.3" əməliyyat sistemi ilə işləyir. Qurğunun qiyməti, həmçinin çıxarılma tarixi haqqında məlumat verilməyib.

Smartfon 832 MHs (meqahers) takt tezlikli prosessor, 2 meqapikselli kamera, "Bluetooth 3.0" və "Wi-Fi" modulları, akselerometr, rəqəmli kompas və "microSD" slotu ilə təchiz olunub. "Samsung" şirkətindən bildirilib ki, "Galaxy Pocket" smartfonu 3 QB daxili yaddaşa malikdir.

Modelin ölçüləri 104×58×12 mm, çəkisi isə 97 qr təşkil edir. Smartfon 1200 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib, lakin şirkət avtonom iş müddəti haqqında məlumat verməyib.

EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL