waplog

Azərbaycanda 600 minə yaxın ailə güzəştli şərtlərlə dekoder ala biləcək


600 minə yaxın ailə güzəştli şərtlərlə dekoder ala biləcək. "Peyk" zavodunun direktoru Siyavuş Əliyevin sözlərinə görə, bununla əlaqədar olaraq, Milli Televiziya və Radio Şurası (MTRŞ) ölkə hökumətinə müraciət ünvanlayıb.

"Dekoderlərin istehsalı haqqında sifariş Müdafiə Sənayesi Nazirliyinə daxil olub. Yekun nəticələr yaxın vaxtlarda məlum olacaq. Biz hələ bu qurğuların satışının açılışına başlamağı planlaşdırmırıq. Bu, real olaraq, dövlət sifarişi alındıqdan və onların kütləvi istehsalına başlanmasından sonra mümkün olacaq. "Peyk" dekoderlərin istehsalına tam hazırdır"- S.Əliyev vurğulayıb.

Qurğudan sıravi istehlakçı onların sayı müəyyənləşdirildikdən sonra istifadə edə biləcək. Əgər dövlət sifarişi, məsələn, 300 ədəd təşkil edəcəksə, onlar ikiqat artıq (500-600 min ədəd) istehsal ediləcək ki, bu da onların pərakəndə satışa çıxarılmasına kömək edir.
Qurğular bazara "DVB-T PEYK" brendi altında çıxarılacaq, onların qiyməti isə 30 manatı ötməyəcək.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL