waplog

TQDK sənəd qəbulu üçün elektron imzaların fərqli tariflərlə verilməsini təklif edir


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul zamanı ilk dəfə olaraq elektron imzanın tətbiqindən istifadə edib. Bu barədə martın 7-də keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, təhsilin bu pilləsi üzrə sənəd qəbulu zamanı yalnız bir nəfər elektron imza ilə sənəd verib: "Elektron imzalar indi fərdi şəxslərə 20-30 manata verilir. İmtahanda iştrak etmək üçün isə abituriyentlər 2 manat rüsum ödəyirlər. 2 manat rüsum ödəyən abituriyentə biz 30 manata elektron imza almasını deyə bilmərik. Ona görə də TQDK ali məktəblərə qəbul olmaq istəyənlərə sənəd qəbulu üçün elektron imzaların fərqli tariflərlə verilməsi təklifi ilə RİTN-ə müraciət edib. Hazırda bu layihə üzərində iş gedir".


HƏQİQƏT


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL