Sərgilərə elektron qeydiyyat həyata keçirilir
Azərbaycanda “Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan beynəlxalq sərgilər mövsümü bu ilin aprel ayında start götürəcək. Bu mövsümdə ənənəvi və debüt layihələrdən ibarət 23 sərgi və konfrans təşkil olunacaq.
İlk mərhələdə “Turizm və səyahətlər” (“AITF”), “Horex-2012”, “WorldFood Azerbaijan”, “Agrihort Azerbaijan 2012”, “Plastex Caspian”, “Ipack Caspian”, “Caspian Oil & Gas” , “Caspian Power 2012”, “TransCaspian 2012” “Road & Traffic 2012” sərgiləri baş tutacaq. Sərgi mövsümünün sentyabr ayında start götürəcək ikinci yarımilliyində isə “Education and Career”, “BIHE”, “Beauty Azerbaijan”, “BakuBuild”, “Aqua-Therm Baku”, “Caspian MebelExpo”, “CaspianRealty”, “CIPS Caspian” və “BakuTel” kimi ənənəvi sərgilər keçiriləcək.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu il sərgilərin internet saytlarında işgüzar görüşlərin təyin edilməsi sistemi öz fəaliyyətini davam etdirəcək. Bu sistem tədbirdə qabaqcadan öz işinizi planlaşdırmağa, eləcə də tərəfdaş və müştərilərlə görüş təyin etməyə imkan verir.
Artıq indidən ziyarətçilərin sərgilərə aktiv elektron qeydiyyatı həyata keçirilir. Arzu edənlər saytda yerləşdirilmiş elektron ziyarətçi formasını dolduraraq “Bakı Ekspo” mərkəzində qeydiyyat proseduruna sərf olunan vaxta qənaət edə bilərlər.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL