ABŞ-da smartfon sahiblərinin sayı 100 milyonu ötüb
“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “ComScore” analitik şirkəti 2012-ci ilin yanvar ayı üzrə Amerikanın mobil telefon və smartfon bazarı statistikasını elan edib.
Hesablamalara görə, ABŞ-ın 13 yaşdan yuxarı 234 milyon sakini mobil aparatlardan istifadə edir. “Samsung” şirkətinin mobil aparatları daha populyardırlar; onların payı 25,4% təşkil edir. “LG Electronics” şirkəti 19.7% göstərici ilə ikinci yeri tutur və 13,2% bazar payı ilə “Motorola” şirkəti üçlüyü tamamlayır.
Smartfonların populyarlığı isə artmağa davam edir: ABŞ-da smartfon sahiblərinin sayı ilk dəfə olaraq 100 milyon həddini ötərək 101.3 milyon təşkil edib.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL