waplog

Mobil mağazalarda “HTC” smartfonlarına tələbat artıb


Tayvanın “HTC” şirkəti Azərbaycan bazarına smartfon və kommunikatorların rəsmi tədarükünü həyata keçirir. Bu barədə məlumatı “İCTnews” elektron xəbər xidmətinə "Pro-Vision Communications" şirkətindən bildiriblər.

Məlumatda qeyd edilir ki, mükəmməl texnologiyaya malik bu avadanlıqlar dünyada məşhurdur və Azərbaycanda əlverişli iqtisadi mühit şirkətin gələcək perspektivlərini genişləndirməyə şərait yaradır. Şirkət ilkin mərhələ kimi yerli şirkətlər səviyyəsində bazara çıxıb.

“HTC”-nin Rusiya və MDB-dəki nümayəndəliyinin rəhbəri Andrey Kormiltsev açıqlamasında Azərbaycan bazarını əlverişli hesab etdiklərini və qısa zamanda burada böyük uğurlar əldə edəcəklərini bildirib.Qeyd edək ki, xüsusi dizaynla hazırlanan smartfonlara Azərbaycanın mobil mağazalarında böyük maraq var.


RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL