waplog

Regionlarda bütün kəndlər optik kabellə təmin edilir


"Aztelekom" İB bütün kəndlərin optik kabellə təmin edilməsi işlərini uğurla davam etdirir. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə məlumatı birliyin baş direktorunun birinci müavini, texniki direktor Zahir Vəliyev verib. Onun sözlərinə görə, hazırda 8 özəl şirkətlə bağlanmış müqaviləyə əsasən, regionlarda müvafiq işlər aparılır.

Artıq yeni mərhələ kimi 16 rayonun 108 kəndində 220 kilometr optik kabel xətti çəkilməsi işləri Novruz Bayramına qədər yekunlaşmalıdır. Bunun ardınca da Şəki, Ağdam, Xızı, Şabran, Siyəzən və Zərdabda kəndlərə optik kabellər çəkiləcək.

"Aztelekom" İB bu ilin sonuna qədər Azərbaycanda bütün kəndlərin optikləşdirilməsi işlərini həyata keçirməklə nəinki MDB-də, hətta bütün dünyada analoqu olmayan bir layihəni reallaşdırmış olacaq.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL