Azərbaycanın mobil cihazlar bazarında araşdırmalar aparılır
Dövlət strukturları ölkənin mobil cihazlar bazarında mövcud qanunvericiliyin təmin olunması məqsədilə monitorinq keçirirlər. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə məlumat verən İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımovun sözlərinə görə, dövlət strukturlarının birgə səylərinin məqsədi daxili bazarda saxta mobil telefonların və qeyri-leqal idxal olunan mobil cihazların satışının qarşısını almaqdır: ”Hazırda dövlət strukturları mobil cihazların satışı ilə məşğul olan ticarət obyektlərinin monitorinqini həyata keçirirlər”.
Mərkəzin direktoru bildirib ki, daxili bazarda məşhur ticarət markalarının adı altında istehsl olunan saxta mobil telefonlar satışı faktları var: ”İstehlakçıların hüquqlarının qorunması və qanunvericiliyin təmin olunması naminə bu saxta mobil telefonların satışı dayandırılmalı, günahkarlar isə məsuliyyətə cəlb edilməlidirlər. Bununla yanaşı, dövlət strukturları tərəfindən daxili bazarda uyğunluq sertifikatı olmayan mobil cihazların üzə çıxarılması üzrə monitorinqi də davam etdirilir”.
F.Kazımovun fikrinə görə, bu tədbirlər Azərbaycanda civil mobil cihaz bazarının formalaşması istiqamətində nöbvəti addımdır: ”Azərbaycanın mobil cihaz seqmentinin şəffaflaşdırılması və onun Avropa ölkələri səviyyəsinə çatdırılması istiqamətində son illər zəruri addımlar atılıb.
Keçən ilin sonunda Nazirlər Kabineti tərəfindən “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi, mobil cihazların qeydiyyat sisteminin tətbiqi istiqamətində görülən işlər bu prosesi daha da tezləşdirib. Hesab edirəm ki, birbaşa olaraq daxili istehlakçının müdafiəsini gücləndirmək istiqamətində həyata keçirilən bu fəaliyyətlər az bir zamanda öz real bəhrəsini verəcək”.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL