Bill Qeytsin şirkəti peşəkarlar üçün musiqi xidməti istifadəyə verib
“Corbis” şirkəti audioyazıların lisenziyalaşdırılması üçün nəzərdə tutulmuş ixtisaslaşdırılmış “GreenLight Music” xidmətini istifadəyə verib.
“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Corbis” firması 1989-cu ildə “Microsoft” korporasiyasının banisi Bill Qeyts tərəfindən təsis edilib. Xidmət reklam verənlərə peşəkar foto və videomaterialların istifadə hüquqlarının verilməsi üzrə ixtisaslaşıb. “Corbis”-in verilənlər bazasında 100 milyondan çox foto və təxminən 500 min videoklip var.
“GreenLight Music” xidməti audioyazı və musiqi kompozisiyalarını veb-saytlarda, reklamlarda, müxtəlif konfranslar, sərgilər və s. zamanı istifadə etmək üçün lisenziyalaşdırmağa imkan verir. Xidmətin bazası 1 milyondan çox musiqidən ibarətdir. Onların hüquqları “Warner Music”, “EMI Music Publishing”, “Universal Music” və “Sony ATV” səsyazma şirkətlərinə aiddir.
“GreenLight Music” xidməti axtarış və oxşar kompozisiyaların müqayisə edilməsi vasitələrini təklif edir. Lisenziyaların qiyməti hüquq sahibi ilə müzakirə edilir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL