waplog

Dövlət büdcəsi Milli Məclisə təqdim olunmamış internet vasitəsi ilə ictimaiyyətin müzakirəsinə verilib


«Milli Məclisə təqdim edilənədək 2012-ci il dövlət büdcəsinin layihəsi, o cümlədən dövlət əsaslı vəsait qoyuluşu xərcləri və xarici kreditlər hesabına maliyyələşən layihələr barədə məlumatlar Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib».

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Maliyyə Nazirliyində 2011-ci ilin yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələr, o cümlədən  2013-cü il dövlət büdcəsinin tərtibinə həsr olunmuş geniş kollegiya iclasında nazir Samir Şərifov söyləyib.

O bildirib ki, 2011-ci ildə dövlət büdcəsi layihəsinin tərtibi prosesinin və xərclərinin strukturunun təkmilləşdirilməsi, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi istiqamətində işlər davam etdirilib.

Nazirin sözlərinə görə, ilk dəfə olaraq 2012-ci il və sonrakı üç ili əhatə edən dövrdə dövlət büdcəsi göstəricilərinin gəlirlərinin təsnifatının və xərclərin funksional təsnifatının bölmələri səviyyəsində, həmçinin, həmin dövr üçün icmal büdcənin göstəriciləri hazırlanaraq dövlət büdcəsi layihəsi ilə birlikdə Milli Məclisə təqdim edilib.

Budcə prosesinin təkmilləşdirilməsi işinin bundan sonra da davam etdirilməsinin vacibliyini önə çəkən nazir xüsusilə təhsil və səhiyyə sahələri üzrə maliyyələşmənin təkmilləşdirilməsinə, daha müasir maliyyələşmə prinsiplərinin tətbiqinə ehtiyac olduğunu qeyd edib.

İclasda, həmçinin, nazirliyin aparatının aidiyyəti struktur bölmələrinə, dövlət xidmət və agentliklərinə, Naxçıvan MR-nın Maliyyə Nazirliyinə, yerli maliyyə orqanları tərəfindən 2013-cü il dövlət və icmal büdcənin layihəsinin tərtibi işlərinin sürətləndirilməsi, nazirliyin əmrlərində, göndəriləcək təlimat məktubunda nəzərdə tutulan tapşırıqların vaxtında və kefiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.


SEYMUR 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL