Pensiyaçıların “190” nömrəli telefon məlumat xidmətinə müraciətləri artıb
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müasir tipli "190" nömrəli telefon məlumat xidmətinə müraciətləri artır. Belə ki, bu ilin yanvar və fevral ayları ərzində məlumat xidmətinə əhali tərəfindən ümumilikdə 10 713 müraciət daxil olub.
Telefon məlumat xidmətinə daxil olan və bilavasitə operatorlara yönləndirilən sorğuların 53,4 faizi canlı rejimdə birbaşa olaraq məsləhətçi operatorlar tərəfindən cavablandırılıb. Müraciətlərin 46,6 faizi isə qeyri-iş günlərinə təsadüf edib və bu zaman suallara avtomatik olaraq elektron operator tərəfindən standart formada cavablar verilib.
Bu barədə “İCTnews” elektron xəbər xidmətinə DSMF-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib. Onun sözlərinə görə, məlumat xidmətinə daxil olan müraciətlər arasında pensiya məsələləri üstünlük təşkil edib. Belə ki, müraciətlərin 59,2 faizi bilavasitə pensiya məsələlərinə aid olub.
Müraciətlərin 16,4 faizini məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 24,4 fazi isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub: ”Sorğuların təhlili göstərir ki, telefon məlumat xidmətinə ünvanlanan müraciətlər daha çox maarifləndirici xarakter daşıyıb. Telefon məlumat xidməti canlı və avtomatik rejimdə olmaqla fasiləsiz fəaliyyət göstərir”.
Qeyd edək ki, xidmətdən istifadə qaydaları barədə məlumat və xüsusi maarifləndirici videoçarx DSMF-nin saytında (www.dsmf.gov.az, www.sspf.gov.az) yerləşdirilib.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL