Rabitə müəssisələri “Azərpoçt” MMC plastik kartları ilə təmin olunacaq
“Azərpoçt” MMC-nin “Master Card” beynəlxalq ödəniş sisteminə qoşulması prosesi müvəffəqiyyətlə yekunlaşıb. Bu barədə müəssisədən “İCTnews” elektron xəbər xidmətinə məlumat verilib. Belə ki, artıq bir neçə gündür ki, “MasterCard” loqolu plastik kartların emissiyasına başlanılıb.
Müştərilərin istək və arzularına uyğun olaraq “MasterCard” loqolu plastik kartlar “MC Maestro”, “MC Standard”, “MC Gold”, “MC Platinium” olaraq təsnifləndirilib. Artıq “Azərpoçt”MMC-də poçt sahəsində çalışan işçilərlə yanaşı, digər sahədə çalışanların da plastik kartlarla təmin edilməsi istiqamətində işlər aparılır.
Belə ki, müəssisə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hərbiləşdirilmiş Mühafizə İdarəsindən 400 ədəd plastik kartla bağlı sifariş alıb. Bundan başqa digər rabitə və qeyri-rabitə müəssisələrinin plastik kartlarla təmin edilməsi istiqamətində danışıqlar aparılır.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL