“Microsoft” çağırışa sürətli ekranlar hazırlayır
"İCTnews" elektron xəbər xidməti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, "Microsoft" korporasiyasının mühəndisləri istifadəçinin toxunuşuna müasir nümunələrdən yüz dəfə daha tez cavab verəcək sensor ekranın hazırlanması ilə məşğul olacaqlar.
Mövcud sensor ekranların əksəriyyətində çağırışa cavab vaxtı, yəni ekrana toxunmaqla və görüntünün müvafiq dəyişikliyi arasında sərf olunan vaxt təxminən yüz millisaniyə təşkil edir. Tədqiqatçılar yubanmanı bir millisaniyəyədək azaltmağı qarşılarına məqsəd qoyublar.
Çağırışa yüksək sürətlə cavab verən ekranların başlıca üstünlüyü "reallığa yaxınlaşmanı" hiss etməsi olacaq,- deyə "Microsoft" mühəndisləri bildirirlər. Xüsusilə bu, rəsmlərin çəkilməsi proqramında daha çox hiss olunacaq. Belə ki, 1 millisaniyəlik yubanma halında istifadəçi ekranda barmağı ilə deyil, kağız üzərində karandaş və ya flomaster ilə şəkil çəkdiyini güman edəcək.
Ekranın hazırlanması ilə "Microsoft Research" tədqiqat laboratoriyası məşğul olacaq. İlk ekran nümunələrinin nə vaxt hazır olacağını mühəndislər açıqlamasalar da, layihə iştirakçılarından biri Pol Dits qeyd edib ki, yubanmanın 1 millisaniyəyədək azaldılması onilliyin perspektividir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL