“AZEVROTEL” MMC Novruz Bayramı münasibətilə güzəştli kampaniya keçirir.
“AZEVROTEL” MMC Novruz Bayramı münasibətilə mart ayının 7-dən aprel ayının 1-nə qədər bəzi xidmətlərə güzəştli tariflər tətbiq etməklə yeni kampaniya həyata keçirir. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə MMC-dən məlumat verilib.
Kampaniya çərçivəsində texniki imkan olan bütün ərazilərdə əhaliyə 2-ci telefon, təşkilatlara isə məhdudiyyətsiz sayda telefonlar 50 faiz güzəştli tariflə, “İAD” avadanlığı (dəyəri tam ödənilmək şərtilə) və ya “SİP” protokolu ilə virtual nömrələr təşkilatlar üçün hər bir nömrə 20 manat tarifi ilə çəkiləcək.
Bundan əlavə, ayrılmış xətlə limitsiz internet xidmətlərindən istifadə etmək istəyən abunəçilərə ayrılmış xəttin birdəfəlik qoşulması pulsuz təmin ediləcək və ayrılmış xətlə internetə 1024 kbit/s sürətlə yeni qoşulan abunəçilərə limitsiz internet xidmətləri 1 ay müddətinə 15 manat, 2048 kbit/s sürətlə yeni qoşulanlara 1 ay müddətinə 20 manat, 3072 kbit/s sürətlə yeni qoşulan abunəçilərə isə internet xidmətləri 1 aylıq 25 manat tariflə göstəriləcək.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL