waplog

İntellektual hərəkata Şimali Kipr Respublikasından da qoşuldular


Xəzər İntellektual Gənclər Klubu (Xəzər İGK) öz fəaliyyət miqyasını genişləndirməkdə davam edir. Bu günə qədər ölkənin 6 nüfuzlu ali məktəbini özündə cəmləmiş "Universitet liqası"nın sıraları genişlənməkdədir. Bu dəfə ölkə xaricindən layihəyə dəstək gəlib.

Şimali Kipr Yakın Doğu Universitetinin sinxron keçirilən "Nə? Harada? Nə zaman?"oyunlarına qatılması "Universitet liqası"na olan marağı daha da artırıb.

Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda vurğulanır ki, adıçəkilən universitetin tələbəsi və Xəzər İGK-nın koordinatoru Nərmin Əliyeva keçirdikləri cəmi iki oyunda tələbələrin marağının müşahidə edildiyini bildirib.

O, eyni zamanda digər millətlərdən olan tələbələrin də gələcək oyunlarda iştirakını istisna etmir: "Artıq qırğızlar və türklər də oyunlarımızla maraqlanır, iştirak etmək istəklərini bildirirlər. Yaxın zamanlarda "Nə? Harada? Nə zaman?" üzrə də böyük turnir keçirməyi düşünürük. Sualları türk və ingilis dillərinə tərcümə edəcəyik ki, hamı turnirə qatıla bilsin".
 
 
SEYMUR
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL