Tim Kuk səhmlərin satışından 11 milyon dollar qazanıb
ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasına təqdim edilmiş hesabatlardan məlum olub ki, “Apple” şirkətinin hazırkı direktoru Tim Kuk şirkətin ona aid olan 20178 səhmini satıb. Qiymətli kağızlar 2 gün ərzində satılıb. Nəticədə korporasiya rəhbəri 11,1 milyon dollar qazanıb.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, 2011-ci ildə “Apple”-ın baş direktoru olan Tim Kuk şirkətin 1 milyon səhmini əldə edib. Rəhbər bu səhmlərin yarısını artıq 5 il sonra, digər hissəsini isə yalnız 10 ildən sonra, 2021-ci ildə sata biləcək. Səhmlərlə bağlı əsas məsələ ondan ibarətdir ki, Tim Kuk öz aktivlərini “Apple” əməkdaşı olan müddətdə sata bilər.
Məlumat üçün bildirim ki, hazırda “Apple” dünyanın ən zəngin şirkətidir. Onun kapitallaşdırma dəyəri 514 milyard dollar təşkil edir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL