waplog

Smartfonlar üçün enerji yükləmə qurğusu yaradılıb


“XDModo Solar Sunflower” – bu, dibçək gülü formasında hazırlanmış enerji  yükləmə qurğusudur. Lakin ləçəklər əvəzinə kiçik fotoelektrik panelinə malikdir. Bu panel gün ərzində günəş enerjisi toplayır və onu elektrikə çevirir.

Litium akkumulyatorunun tutumu 2500 milliamper/saat təşkil edir. Smartfon və digər qurğuların qoşulması üçün “mini-USB” və “USB” interfeysləri mövcuddur, xüsusi indikatorlar isə enerjinin yüklənmə səviyyəsi haqqında bildirir.

Dibçək gülün hündürlüyü 23 santimetr, diametri isə 10 santimetr təşkil edir.“XDModo Solar Sunflower” enerji yükləmə qurğusunun qiyməti 78 dollara bərabərdir.



 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL