waplog

2014-cü ilə qədər tam avtomatlaşdırılmış modern xəzinə infrastrukturu yaradılacaq


Mərkəzi Bankda (MB) institusional idarəetmənin müasirləşdirilməsi siyasəti və insan kapitalının inkişafı davam etdirilir. Bankda texnoloji yenilənmə istiqamətində böyük tərəqqi əldə edilib. Belə ki, biznes proseslərinin əksər hissəsi avtomatlaşıb. Bu da fəaliyyətin yüksək effektivliyinə imkan verir.

Bankın texnoloji inkişafında ən müasir avadanlıq və proqram təminatlarından istifadə olunur. Hazırda bu sahədə Mərkəzi Bankın “2011-2014-cü illər üçün Strateji Plan”ına əsasən, bir sıra tədbirlərin aparılması nəzərdə tutulur. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə MB-dan məlumat verilib.

Qurumdan qeyd edilib ki, son illərdə ölkədə texnoloji innovasiyaların tətbiqi genişlənməkdədir: ”Bu, bütövlükdə bankın apardığı əməliyyatların texnoloji bazasının müasirləşməsinə, maliyyə sisteminin infrastrukturunun inkişafının sürətlənməsinə və ölkədə maliyyə xidmətlərinə cıxış imkanlarının genişlənməsinə imkan yaradır”.

Texnoloji innovasiyaların tətbiqi 2014-cü ilə qədər nəzərdə tutulan prioritetlərin reallaşmasına təkan verir. Bu istiqamətlərdən biri kimi, bankın strateji hədəflərində qabaqcıl standartlara uyğun nağd pulun yeni idarəetmə sisteminin formalaşdırılması da yer alıb.

Belə ki, 2014-cü ilə qədər  tam avtomatlaşdırılmış modern xəzinə infrastrukturunun yaradılması nəzərdə tutulur: ”Qabaqcıl standartlara uyğun nağd pulun yeni idarəetmə sisteminin formalaşdırılması məqsədilə pul nişanlarının müasir dizayn və ekspertizası institutlarının, eləcə də yeni hesabatlıq sisteminin və iqtisadi təhlil bazasının yaradılmasının, nağd pulun idarə edilməsinin gələcək inkişaf modelinin işlənməsi kimi tədbirlər həyata keciriləcək.

Tam avtomatlaşdırılmış modern xəzinə infrastrukturunun yaradılması cərcivəsində nağd pulun saxlanması, daşınması və emalı uzrə modern fiziki infrastrukturun formalaşdırılması, bütün biznes proseslərinin modern texnologiyalar əsasında tam avtomatlaşdırılması həyata keciriləcək”. MB-nın qarşıdakı illər üzrə Strateji Planında modern və standartlaşdırılmış statistika sisteminin yaradılması da yer alıb.

Korporativ idarəetmə strukturunun müasirləşdirilməsi məqsədilə yeni idarəetmə arxitekturasının, müasir idarəetmə informasiyaları və hesabatlıq sistemi yaradılacaq. Bundan başqa, MB-nın İdarə Heyətinin fəaliyyətini dəstəkləyən struktur vahidlərinin funksiyalarının modern əsaslarla qurulması da nəzərdə tutulur.

Növbəti istiqamət kimi, bankda fəaliyyətin yüksək effektivliyini təmin edən korporativ idarəetmə sisteminin formalaşdırılması da planlaşdırılır: ”Hədəf qruplarına fokuslaşmış xarici kommunikasiya sisteminin formalaşdırılması məqsədilə kommunikasiya hədəfləri olan qruplar öyrəniləcək.

Daha sonra coxşaxəli kommunikasiya kanalları, məlumat standartları və məlumatların ötürülməsi mexanizmləri, kommunikasiyanın effektivliyinin monitorinqi və qiymətləndirilməsi sistemləri yaradılacaq”.

Korporativ mədəniyyətin inkişafını dəstəkləyən daxili kommunikasiya sisteminin yaradılması məqsədilə daxili kommunikasiyanın yeni vasitələri (daxili “networking”, daxili ünsiyyət və bilik mübadiləsi portalı və s.) təşviq ediləcək və onun yeni texnoloji vasitələri inkişaf etdiriləcək.
 
HƏQİQƏT
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL