waplog

İçərişəhərdə 5 dildə portativ audiobələdçilər istifadəyə verilib


Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu üçün vahid coğrafi informasiya sistemi (GİS) yaradılıb. Bundan əlavə, qoruğun ərazisini əhatə edən müasir videomüşahidə sistemi quraşdırılıb. Bu barədə «İCTnews» elektron xəbər xidmətinə Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin əməkdaşı Arzu Tairquliyeva məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə olaraq turistlər üçün 5 dildə (Azərbaycan, rus və ingilis, fransız, alman) portativ audiobələdçilər istifadəyə verilib. Həmin audiobələdçilərə İçərişəhərdə yerləşən abidələr barədə məlumat, həmçinin milli musiqi nümunələri yüklənib.
 
 



SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL