“Azərbaycanda daşınmaz əmlakın Elektron Qeydiyyatı” layihəsinin təqdimatı keçiriləcək
Martın 15-də “Azərbaycanda daşınmaz əmlakın Elektron Qeydiyyatı” layihəsinin təqdimatı keçiriləcək. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib.
Q.Xəlilovun sözlərinə görə, təqdimatın məqsədi respublika prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanının icrası ilə bağlı daşınmaz əmlak üzərində qeydiyyat prosesində şəffaflığın və etibarlılığın daha da artırılmasıdır.
Bundan başqa, layihə bu sahədə əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsinə start verilməsi məqsədi ilə Dünya Bankının Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində yaradılacaq Elektron Qeydiyyat İnformasiya Sisteminin mahiyyəti və təşkili barədə vətəndaşlar, dövlət qurumları, QHT-lər arasında maarifləndirmə, agahlıq və izahat işlərinin aparılması məqsədi daşıyır.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL