waplog

“İntel” korporasiyası xərçəngin araşdırılması üçün məktəbliyə 100 min dollar verib


ABŞ-ın paytaxtında “İntel Science Talent Search” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Qeyd edim ki, müsabiqədə Amerikanın yuxarı sinif şagirdləri iştirak ediblər. “İntel Foundation”-dan müsabiqənin 100 min dollar həcmində olan əsas mükafatı 17 yaşlı məktəbli Nitin Tummaya verilib.

Məktəbli xərçəngin müalicəsi üçün daha dəqiq, effektiv və təhlükəsiz metodlar hazırlamağa imkan verən araşdırmalar aparıb.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, 75 min dollar həcmində mükafata və ikinci yerə 17 yaşlı Andrey Suşko layiq görülüb.
Məlumat üçün bildirim ki, bu il “İntel Science Talent Search”-ın ümumi mükafat fondu 1,25 milyon dollar təşkil edib.
 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL