waplog

“Dilmanc” onlayn lüğətinə yeni imkanlar əlavə edilib


İstifadəçilərin lüğətdən istifadəsini asanlaşdırmaq və tezləşdirmək məqsədilə "Dilmanc" onlayn lüğətlər sisteminə yeni funksiyalar əlavə edilib.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, yeni yaradılmış alqoritmlər vasitəsilə gerçəkləşdirilmiş bu funksiyalar söz-formanı lüğətə daxil etdikdə tərcümə istiqamətini avtomatik müəyyən etməyə və  istənilən söz birləşməsini (hətta bütöv cümləni də) sözbəsöz tərcümə etməyə imkan verir.
Bundan əlavə, lüğətin söz bazaları da yenilənib.

Qeyd edək ki, "Dilmanc" onlayn lüğətinin rus-Azərbaycan və ingilis-Azərbaycan tərcümə modulları bu ilin əvvəlində istifadəyə verilib. Başqa elektron lüğətlərdən fərqli olaraq bu lüğətlər vasitəsilə yalnız sözlərin köklərini deyil, həm də söz-formaları tərcümə etmək mümkündür. Lüğətlərin təkmilləşdirilməsi və yeni tərcümə istiqamətlərinin yaradılması üzrə işlər davam etdirilir.


CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL