waplog

Şagirdlər təhlükədən qorunur


“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində yaradılan Azərbaycan təhsil şəbəkəsində tətbiq olunan müxtəlif texnologiyalar məktəblilərin internet təhlükəsizliyini tam təmin edir.

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən verilən məlumata əsasən, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə uşaqların internetdə təhlükəsizliyinə xüsusi diqqət yetirilir.

Hazırda məktəbyaşlı uşaqlar internetin ən aktiv istifadəçilərindəndir. İnternetin ölçülməz miqyasda informasiya mənbəyi olduğu halda, bu məlumatların yaş məhdudiyyəti olmadan nəzarətsiz yayılması uşaqların psixikasına mənfi təsir göstərir.

Bu halların qarşısının alınması və uşaqların arzuolunmaz məlumatlara çıxışının məhdudlaşdırılması qarşımızda duran vacib məsələlərdən biridir. Şagird və tələbələrin psixikasını, o cümlədən, mənəviyyatını qorumaq, onları yetişən nəslin sağlam formalaşması naminə zərərli olan informasiyalardan istifadəsini məhdudlaşdırmaq məqsədi ilə ATS çərçivəsində “Vebsens” (Websense) proqramı tətbiq olunur.

“Vebsens” proqramı avtomatlaşdırılmış şəkildə bütün saytları filtrasiya edir və əgər internet-resurs qadağa qoyulan kateqoriyalara aiddirsə, ona girişi qadağan edir. “Vebsens” proqramı vasitəsilə internetdə yerləşən video və audiofayllara da çıxışı məhdudlaşdırmaq mümkündür.

Bu texnologiya internet-axtarış sistemlərində müxtəlif dillərdə 60-a qədər kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və uşaqların zərərli məzmundan maksimal müdafiəsini təmin etməyə imkan verir.

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən internet məzmunun təhlükəsizliyinin təmin olunması məqsədi ilə Təhsil Nazirliyində İnternetdən istifadə məsələləri üzrə şura yaradılıb. Şura zərərli informasiya kateqoriyalarını müəyyənləşdirir və bu kateqoriyaların tətbiq olunmasını təmin edir.


RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL