Tezliklə “Azərbaycana səfər” adlı poçt markaları dövriyyəyə buraxılacaq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "Azərmarka" şirkəti tərəfindən bu yaxınlarda “Azərbaycana səfər” adı altında iki marka və bir poçt bloku buraxılacaq. Şirkətin “Tematik Plan”ına əsasən, “Avropa 2012” mövzusunda buraxılacaq bu markaların hər birinin tirajı 20 min, poçt blokunun tirajı isə 10 min ədəd olacaq. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə “Azərmarka" şirkətinin baş redaktoru Riad Ələkbərov məlumat verib.
Onun sözlərinə görə, “Abşeron yarımadasında çimərlik” təsvirini əks etdirən markanın qiyməti 20, “Qış panoraması, xizəkçilər” rəsminin yer aldığı markanın qiyməti isə 60 qəpik olacaq. “Heydər Əliyev adına Hava Limanı”nın təsvir olunduğu poçt blokunun qiyməti isə 1 manat nəzərdə tutulur.
Son günlərdə dövriyyəyə buraxılan poçt markalarından da danışan R.Ələkbərov bildirib ki, martın 1-dən Azərbaycan rəssamlıq məktəbinin banisi Bəhruz Kəngərliyə aid marka artıq satışa buraxılıb: ”100 min ədəd tirajla buraxılan markanın dəyəri 20 qəpik təşkil edir. Rəssamlıq tematikasına uyğun olaraq, foto üzərində hazırlanan markanın dizayneri isə Xasay Mirzəyevdir”.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL