waplog

“CASTEL” İKT bazarında fəaliyyətini genişləndirir


2010-cu ildən etibarən həyata keçirilən islahatlar nəticəsində “Caspian Telecom” (CASTEL) Azərbaycanın İKT bazarında fəaliyyət göstərən qabaqcıl provayder şirkətinə çevrilib. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri “Caspian Telekom” MMC-nin direktoru Fuad Allahverdiyev bildirib.

F.Allahverdiyev deyib ki, hazırda “CASTEL” Azərbaycan ərazisində fəaliyyət göstərən ən genişmiqyaslı fiber-optik infrastruktura malik olan şirkətdir: ”Mərkəzi Bank, AGBank, Nikoil Bank, Access Bank, Kapital Bank və Azərbaycanda fəaliyyət göstərən 11-ə yaxın kommersiya bankı, bir sıra biznes və dövlət strukturları, o cümlədən, otellər “CASTEL”-in tərəfdaşıdır. Dövlət Neft Fondu da “CASTEL”-in tərəfdaşları sırasındadır”. Onun sözlərinə görə, “CASTEL” dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlərə, bir sıra dövlət idarələrinə, həmçinin, qabaqcıl kommersiya banklarına İKT xidmətləri göstərir.

Belə ki, fiber-optik internet təminatı, fiber-optik xətlər və “Ethernet” şəbəkəsinin quraşdırılması, virtual özəl şəbəkələrin quraşdırılması, Beynəlxalq Banklararası İnformasiyaların Ötürülməsi və Ödənişlər Sisteminin (SWİFT) quraşdırılması, sistemə çıxış və dəstək, videomüşahidə avadanlıqlarının quraşdırılması, şəbəkə təhlükəsizliyi və şəbəkə monitorinqi “CASTEL”-in müştərilərə təklif etdiyi xidmətlərdir.

Fəaliyyətində ən yüksək texnologiyalardan istifadə edən MMC son yeniliklərə əsaslanan avadanlıqların və proqram təminatının satışını və dəstəyini həyata keçirir. Şirkət eyni zamanda, sistem inteqratoru kimi fəaliyyət göstərir və “CISCO” kimi iri şirkətlərin Azərbaycanda rəsmi partnyorlarından biridir: ”Bu əməkdaşlıq şirkətimizi Azərbaycanın seçilən şirkətləri sırasına daxil olmağa imkan verir. 1997-ci ildə təsis olunan şirkətin fəaliyyətində dönüş nöqtəsi kimi 2010-cu ili qeyd etmək olar.

Məhz həmin ildə “CASTEL” “Ailə TV” şəbəkəsinin tərkib hissəsinə çevrilib. Həmin ildə şirkətin təsisçiləri dəyişib, şirkət daxilində bir sıra islahatlar aparılıb. Həyata keçirilən islahatlar nəticəsində şirkətin göstərdiyi xidmətin keyfiyyəti daha da artıb. Görülən işlərin nəticəsi olaraq, “CASTEL”-in təklif etdiyi xidmətlərin keyfiyyəti daha da artırılıb”.

F.Allahverdiyev şirkətin Beynəlxalq Banklararası İnformasiyaların Ötürülməsi və Ödənişlər Sisteminin (SWİFT) Azərbaycandakı rəsmi tərəfdaşı olduğunu da deyib: ”Şirkətimiz Azərbaycanda rəsmi “SWİFT” partnyoru kimi bir sıra xidmətlər təklif edir. “SWİFT” serverin quraşdırılması, “SWİFT” sisteminin yenidən quraşdırılması və ehtiyat “SWİFT” serverin quraşdırılması, habelə “SWİFT” sisteminə giriş və dəstək, yeni relizlərlə bağlı tam miqrasiya həlləri, problemlərin həlli və müştərinin server və avadanlığına servis və xidməti “CASTEL”-in təklif etdiyi xidmətlərdir. Şirkətin balansında olan şəbəkənin çoxluğu imkan verir ki, ölkənin hər yerində şəbəkə avadanlığı quraşdırılsın və müştərilərinə fasiləsiz keyfiyyətli rabitə yaradılsın. Qeyd etdiyim üstünlüklər həmin şəbəkələrə texniki xidmətin göstərilməsini də asanlaşdırır.

Bundan əlavə, digər analoji şirkətlərdən əsas fərqimiz göstərilən xidmətlərin qiymətlərinin də sərfəli olmasındadır”. Şirkət rəhbəri dünyanın müxtəlif ölkələrində keçirilən İKT sərgilərində iştiraklarından da söz açıb: ”Şirkət həmin sərgilərdə nümayiş olunan ən qabaqcıl texnologiyalarla yaxından tanış olur. Bu texnologiyalar mütəmadi olaraq şirkətin fəaliyyətində tətbiq edilir. Ən yeni texnologiyaların tətbiqi “CASTEL”-in fəaliyyətində prioritet təşkil edir”.
 
HƏQİQƏT
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL