İstifadəçilərin əksəriyyəti 4 - 4.5 düymlü ekrana malik smartfonlara maraq göstərir
“Strategy Analytics” şirkətinin mütəxəssisləri aydınlaşdırıblar ki, əksər potensial alıcıların fikrinə görə, ideal smartfon böyük ekrana malik olmalıdır. Mütəxəssislər sorğuda iştirak edənlərin fikrinə əsasən qeyd ediblər ki, smartfonun ekranı 4 - 4,5 düymlü diaqonallı, həmçinin nazik olmalıdır.
“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bundan əlavə, məlum olub ki, qurğu ölçüsünə görə nə qədər yığcamdırsa, qadınları bir o qədər çox özünə cəlb edir.
Mütəxəssislərin fikrinə görə, böyük ekrana malik smartfon istəmək arzusu tamamilə məntiqidir. Belə ki, son zamanlar smartfonlar yalnız zəng və SMS üçün deyil, internet, onlayn oyun, video və s. məqsədlə istifadə edilir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL