waplog

34 yaşlı avstraliyalı Tarasenko yeni “iPad” planşet kompyuterinin ilk alıcısı olub


Yeni “iPad” planşet kompyuterinin ilk alıcısı 34 yaşlı Sidney sakini Devid Tarasenko (David Tarasenko) olub. Belə ki, yeni nəsil planşet kompyuterinin satışları ilk olaraq Avstraliyada başlanıb. Bu barədə “Röyters” xəbər agentliyi məlumat verib.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Apple” şirkəti bu gün, martın 16-da üçüncü nəsil “iPad” planşet kompyuterinin satışlarına başlayır.

Bütün mağazalar yerli vaxt üzrə səhər saat 8-də açılmalıdır. Lakin  Avstraliyada yeni qurğuları rəsmi “Apple Store” mağazası deyil, yerli “Telstra” rabitə operatoru satmağa başlayıb. O, “Apple” şirkətinin flaqman mağazalarının açılmasını gözləməyərək gecə yarısından sonra Sidney və Melburn şəhərlərində yerləşən salonlarında yeni “iPad” planşetini satmağa başlayıb.




 
EMİL
 
 
 
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL