waplog

O, fərdi kompyuterləri məhv edəcək


“Gartner” analitik şirkətinin əməkdaşları hesab edirlər ki, internetdə böyük templərlə inkişaf edən müxtəlif “bulud” xidmətlərinin populyarlığı fərdi kompyuterlərin (FK) sonunu gətirə bilər . Qeyd edilib ki, FK artıq 2 ildən sonra  "köhnəlmiş qurğu" hesab edilə bilər.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, köhnəlmişlər siyahısına yalnız "klassik" FK deyil, həmçinin noutbuk və netbuklar da daxildir, lakin planşet kompyuterləri və smartfonlar isə əksinə, "bulud" erası ilə ayrılmaz şəkildə bağlıdırlar və hətta daha populyar olacaqlar.

Son tədqiqat məlumatlarına əsasən, müasir istifadəçilər planşet və smartfonlara daha çox üstünlük verirlər və müvafiq olaraq, mobil qurğulara hesablanmış güclü internet-xidmətlərə ehtiyac var. Bununla belə, “Gartner” analitik şirkəti qeyd edib ki, FK ümümiyyətlə məhv olmayacaq, lakin əvvəlki kimi populyar da olmayacaq.



 
EMİL
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL