waplog

Nanotexnologiyalar laboratoriya analizlərini sürətləndirəcək


Oreqon Dövlət Universitetinin tədqiqatçıları tez təsir göstərən ucuz tibbi sensorların yaradılması üçün karbon nanoborucuqlarından istifadə edilməsi üsulunu tapıblar. Gələcəkdə belə qurğular həkimin laboratoriya analizlərini bir neçə dəqiqəyə aparmasına, eyni zamanda xərclərin azalmasına imkan verəcəkdir.

Yeni texnologiya analizlərin aparılmasını demək olar ki, üç dəfə sürətləndirir və təkcə tibbdə deyil, həm də toksikologiyada, ətraf mühitin monitorinqində, yeni dərmanların işlənib hazırlanmasında və başqa sahələrdə tətbiq oluna bilər.

Nanoborucuqların biocensorlarından kommersiya məqsədilə istifadə edilməsi üçün bəzi tamamlama işləri tələb olunur. Amma alimlər belə hesab edirlər ki, yeni texnologiya ciddi potensiala malikdir. Məsələn, nanoborucuqların köməyi ilə testin dəyəri 1 dollar təşkil edir. Halbuki ənənəvi metodlarla testə 50 dollar sərf olunurdu.

Yeni texnologiyaların açarı karbon nanoborucuqların nadir xüsusiyyətləridir. Uzun nanoborucuqlar nadir mexaniki, optik və elektron xassələrə malikdir. Məsələn, karbon nanoborucuqlarından zülalın aşkara çıxarılması üçün istifadə etmək olar. Bunun üçün nanoborucuğa tələ-zülal bərkidilir və biomarker tutduqda nanoborucuq elektrik müqavimətini dəyişir. Beləliklə, bu və ya digər zülalın, məsələn, süd vəzisi xərçənginin səciyyəvi biomarkerlərinin olmasını müəyyənləşdirmək mümkündür.

Alimlər zülalların başqa səthlərə yapışmasına yol verilməməsi üsulunu tapa bilmişlər ki, bu da analizin aparılması prosesini 2,5 dəfə sürətləndirmişdir. Zülalların seçmə üsulu ilə əlaqələndirilməsinin yaxşılaşdırılması işini davam etdirmək lazımdır, o zaman yeni biosensorların genişmiqyaslı tətbiqinə başlamaq olar.

Nanoborucuqlar əsasında ucuz elektron testlər tibbi diaqnostikanın simasını dəyişəcəkdir. Nadir biomarkerlərin aşkara çıxarılması üzrə ən mürəkkəb testləri belə bir neçə dəqiqəyə aparmaq olar. Özü də müayinənin qiyməti aşağı düşəcək və tibbi xidmətin keyfiyyətinə təsir göstərməyəcəkdir.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL