waplog

Bayram günlərində əhali fasiləsiz rabitə, radio-televiziya və internet xidmətləri ilə təmin olunacaq


 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Novruz bayramı günlərində əhalini rabitə xidmətləri və radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin edilməsinə dair tabeçilikdə olan rabitə birlik və müəssisələrinə müvafiq tapşırıqlar vermişdir.

Bayram günlərində məsul növbətçilər təşkil edilməklə telekommunikasiya və internet xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, telefonların kabel və xətt zədələnmələrinin tam aradan qaldırılması, internetə çıxış sürətinin tələbata uyğun təmin olunması, poçt şöbələrinin iş rejiminin tənzimlənməsinə dair tənzimləyici qrafikin yerinə yetirilməsi, proflaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi, yanğın təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməsi üzrə müvafiq tədbirlər görüləcəkdir.

Göstərilənlərlə yanaşı bayram ərəfəsində və bayram günlərində abunəçilərin ev telefonlarının  daimi işini təmin etmək məqsədilə, telefonların rabitə xidmətləri borclarına və digər səbəblərə görə şəbəkədən açılması, daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbir görülməsi nəzərdə tutulur.Abunəçilərin rahatlığı və bayram ovqatının yüksədilməsi üçün bir sıra əlavə tədbirlər də həyata keçiriləcəkdir.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL