Portativ qurğular üçün nazik və elastik batareya hazırlanıb
Yaponiyanın “NEC Corp” şirkəti çox nazik batareya hazırlaması haqqında məlumat verib. Belə ki, batareyanı 3 mm qalınlığında olan sistem lövhə və digər sxemlərdə istifadə etmək olar. “NEC” şirkətindən bildiriblər ki, “ORB”-nin (Organic Radical Battery), həmçinin bank kartları və elastik ekranlarda istifadə edilməsini təklif etmək niyyətindədirlər. Şirkət batareyaları 2013-cü ildə kütləvi istehsal edəcəyinə söz verib.
Yeni çox nazik batareya layihəsi “NEC Research Labs”-da həyata keçirilən alternativ və yığcam qida mənbələrinin hazırlanması üzrə layihənin bir hissəsidir.
Təqdim edilmiş batareyanın qalınlığı 0,3 mm-dən azdır. Buna baxmayaraq, o, 3 milliamper/saat hasil edə bilir. Bu isə kiçik ekranın enerji ilə təchiz edilməsi üçün kifayətdir.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL