Baş nazir Artur Rəsizadə: “Görülən işlər bu ilin sonunda ilk süni peykin orbitə çıxarılmasına imkan verəcəkdir”
Milli Məclisin növbəti iclasında Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib.
Müzakirəyə təqdim olunan hesabatda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafında baş verən dəyişikliklər, dövlət proqramlarının icrasının cari vəziyyəti, ölkəmizin regionda həyata keçirilən transmilli layihələrdə iştirakı geniş əks etdirilib.
Hesabatla çıxış edən Azərbaycan Respublikasının Baş naziri Artur Rəsizadə rabitə və informasiya texnologiyaları sahəsində əldə olunan uğurlardan danışaraq, "Elektron Azərbaycan" və "Elektron hökumət" proqramlarının icrası haqda məlumat vermiş və bildirmişdir ki, bu istiqamətdə işlər uğurla davam etdirilmiş, elektron imzanın tətbiqi üzrə infrastruktur qurulmuş, dövlət orqanlarına və vətəndaşlara elektron xidmətlərin göstərilməsinə başlanılmışdır.
"2011-ci ildə Azərbaycanda internet istifadəçilərinin sıxlığı 65 faizi ötmüşdür ki, bu da ümumdünya orta göstəricilərindən iki dəfə çoxdur. Kosmik sənayenin yaradılması və inkişafı üzrə müvafiq Dövlət Proqramına uyğun görülən işlər artıq bu ilin sonunda ilk süni peykin orbitə çıxarılmasına imkan verəcəkdir".
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL