İtaliyanın Milan şəhərində Beynəlxalq "Optika, Optometriya və Oftalmologiya" sərgisi keçirilir. "Mido" adı ilə tanınan möhtəşəm sərgiyə dünyanın 40 ölkəsindən 1000-dən çox şirkət və qurum qatılıb. "Mido" sərgisi müasir texnologiya ilə ayaqlaşan optiklər, göz mütəxəssisləri və potensial alıcılar üçün yeni məhsullarla tanış olmaq imkanı yaradır.
Sərgidə "Polaroid" şirkətinin təqdim etdiyi "3D" eynəkləri daha böyük maraq doğurub. Təqdim olunan eynəklər unikal "3D" dairəvi polyarlaşmış linzalardan ibarətdir. Şirkətin "Eyewear" layihəsinin rəhbəri İva Dudek, "Polaroid"in istehsal etdiyi bütün eynəklərin dairəvi polyarlarşma və passiv "3D" funksiyalarına malik olduğunu qeyd edib.
İtaliyanın "Eye Care" optik şirkəti də sərgi iştirakçılarının diqqətini qazana bilib. Şirkətin ərsəyə gətirdiyi aktivləşdirilmiş biomaqnit texnologiyası, insan sağlamlığına zərərli olan elektromaqnit dalğaların qarşısını alaraq, onların harmonik konvertasiyasını həyata keçirir.