waplog

Fotokamera istehsalçılarının reytinqi


“Fujifilm” şirkəti cari maliyyə ilində rəqəmli fotoaparatların tədarükünü 25 faizdən - 14 milyona qədər artırmağı hesablayır.
İndi “Fujifilm” “Canon”, “Sony”, “Nikon” və “Samsung”dan sonra ən böyük fotokamera istehsalçıları siyahısında 5-ci mövqe tutur. Əgər satışlar üzrə proqnoz düz olsa, o zaman 2012-ci ilin mart ayınadək “Fujifilm” “Samsung”u ötərək 4-cü yerə çıxa biləcək.
Növbəti 2 həftə ərzində “Fujifilm” “Nikon”u qabaqlayaraq 3-cü mövqedə qərarlaşmağı planlaşdırır. Bunun üçün isə şirkətin 2004-cü ildə rəqiblərə uduzduğu dəyişkən optika ilə fotokamera bazarına qayıtması lazımdır. “Fujifilm” elektron nişanlayıcı ilə (fotoaparatda: obyektivi şəkli çəkilən şeyə yönəltmək üçün cihaz) güzgüsüz fotoaparatın buraxılışını nəzərdə tutub.
Hal-hazırda “Fujifilm” ucuz yığcam fotokameraların istehsalını planlaşdırır. Məlumat üçün bildirək ki, “Fujifilm” fotokameralarının əsas istehsalı Çində cəmlənib. Gələcəkdə fotoaparatların istehsalını cənub-şərqi Asiya zavodlarında təşkil etmək planlaşdırılır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL