waplog

“İntel” korporasiyasının yarımkeçirici bazarındakı payı rekord həddə çatıb


“iSuppli” analitik şirkətinin hesablamasına əsasən, 2011-ci ildə dünyada 311,4 milyard dollar həcmində yarımkeçirici məhsulu satılıb. Beləliklə, 2010-cu illə (307.5 milyard dollar) müqayisədə artım təxminən 1,3% təşkil edib.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, “İntel” şirkəti ən böyük təchizatçı olaraq qalır: korporasiya 12 ay ərzində 48,7 milyard dollar həcmində yarımkeçirici məhsul satıb. Bu göstərici 2010-cu illə müqayisədə 20,6% çoxdur.

“iSuppli” şirkəti qeyd edib ki, "İntel" korporasiyasının bazar payı 15,6% təşkil edib: bu göstərici son 10 il ərzində maksimal nəticədir. 2005-ci ildən 2010-cu ilə qədər olan müddətdə korporasiyanın bazar payı 11,9% ilə 13,9% arasında dəyişib.

Reytinqdə ikinci yeri Cənubi Koreyanın “Samsung” şirkəti tutub: 2011-ci ildə Cənubi Koreya şirkəti 28.6 milyard dollar həcmində yarımkeçirici məhsul satıb və bazarın 9.2%-nə nəzarət edib.
14 milyard dollar həcmində mənfəət və 4,5% bazar payı ilə “Texas İnstruments” şirkəti üçlükdə qərarlaşıb.
 
EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL