waplog

ƏƏSMN daxili elektron sənəd dövriyyəsinə keçib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daxili elektron sənəd dövriyyəsinə keçib. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə adıçəkilən nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev məlumat verib.

O bildirib ki, artıq nazirlik daxilində hər hansı bir sənədə vizaların verilməsi üçün daxili elektron sənəd dövriyyəsi sistemindən istifadə olunur: «Bu, sənədin şöbədən şöbəyə keçirilməsi prosesinin sürətlə aparılmasına şərait yaradır».

A.Əliyev əlavə edib ki, ƏƏSMN elektron imzaların alınmasına başlayıb. Onun sözlərinə görə, bundan sonra ənənəvi  imzalar artıq elektron imzalarla əvəz olunacaq: «Belə ki, bundan sonra kağız üzərində qələmlə qoyulan imzalar birbaşa elektron imza ilə əvəzlənəcək. İlkin mərhələdə elektron imza rəhbərlik, şöbə müdirləri, ümumiyyətlə, sənədə viza verən hər bir şəxs üçün alınacaq. Artıq elektron imzaların alınması üçün müraciət olunub».

 
SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL