Yeni “MacBook Air” noutbukları yüksəksürətli fləş daşıyıcılara malik olacaqlar
“Apple” şirkəti, veb-mənbələrin məlumatına əsasən, yaxın günlərdə yeni “MacBook Air” noutbuklarını təqdim edəcək. İncə portativ kompyuterlərdə NAND mikrosxemləri əsasında 19 nanometrlik texnologiya üzrə hazırlanmış yeni tip fləş daşıyıcılar tətbiq ediləcək. Onlar “Toggle DDR 2.0” interfeysi ilə olacaqlar və məlumatların 400 Mb/s-a qədər ötürülmə sürətini təmin edəcəklər.
Həmçinin noutbuklarda fləş daşıyıcıların bilavasitə sistem lövhəsinə lehimlənəcəyi bildirilir. Bu, kompyuter sahiblərinə yeniləməni müstəqil həyata keçirməyə icazə verməyəcək və nasaz komplektləşmələrin əvəzetməsində çətinlik yaradacaq. Məlumatlara görə, yeni nəsil “MacBook Air” “İntel Sandy Bridge” aparat platformasına keçiriləcək və satışa 11.6 və 13,3 düyməli ekranla daxil olacaq.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL